"Məhkəmə qərarları icra olunmur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, məhkəmə qərarlarının icra olunmaması insanlarda inamsızlıq yaradır: "Vətəndaşlarımız üçün heç bir fərqi yoxdur ki, məhkəmələr ədalətli və ya ədalətsiz qərar qəbul edir. Hakimlər verdikləri qərarlara görə məsuliyyət daşımalıdır. Çünki belə olan halda vətəndaşların, investorların məhkəməyə, verilən qərarlara inamı artmış olacaq".
Deputat deyib ki, əgər məhkəmə qərarları icra olunmursa, investorları da çəkindirəcək ki, ölkəyə investisiya qoysun: "Sovet İttifaqı ona görə dağıldı ki, dövlət mülkiyyəti doğru qurulmadı. Biz büdcə gəlirlərini bu yolla artıra bilərik. Böyük islahatlara gedilməsə nəticə biz istədiyimiz kimi olmayacaq”, - deyə Qüdrət Həsənquliyev bildirib.
Nuranə Daxilqızı
















