• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycan və Qazaxıstan təyyarə qəzası ilə bağlı cinayət işi üzrə istintaqın gedişini müzakirə edib

CƏMİYYƏT

26 Dekabr 2024 | 13:33

Azərbaycan və Qazaxıstan təyyarə qəzası ilə bağlı cinayət işi üzrə istintaqın gedişini müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 26-da qazaxıstanlı həmkarı Oljas Bektenovla telefon danışığı zamanı təyyarə qəzasının səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişini müzakirə edib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, hökumət başçıları ötən gün baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.

O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabında qeyd qoyduğunu bildirib.

Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin Azərbaycana gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024