• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

İqlim böhranı dünya üçün əsas problem adlandırıldı

CƏMİYYƏT

25 Yanvar 2025 | 10:56

İqlim böhranı dünya üçün əsas problem adlandırıldı

"İqlim böhranı bəşəriyyət üçün əsas çağırışa çevrilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Selest Saulo deyib.

Onun sözlərinə görə, miqyasına görə iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti lazımdır.

Bununla belə, o, iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin əhəmiyyətli dərəcədə artdığını etiraf edib:

"Məsələn, Bakıda keçirilən 29-cu İqlim Dəyişikliyi Konfransında  onlar 2035-ci ilə qədər maliyyələşmənin həcmini üç dəfə artıraraq ildə 300 milyard dollara çatdırmaq qərarına gəliblər".

Baş katib hesab edir ki, daha çox vəsait lazım olacaq.

Mina Mikayılova 


SON XƏBƏRLƏR

04 Fevral 2025