Qışın sərt üzünü göstərməsi təbiət mənzərəli göllərə də təsir edib.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, Göygöl Milli Parkının ərazisində olan Göygöl donub. Hazırda ərazidə yağıntı davam etdiyindən gölün üst qatının buz bağlaması ilə yanaşı, qarın hündürlüyü də artıb. Qar ətrafda xoş mənzərə yaradıb.
Göygöl Milli Parkının direktoru Fuad Quilev bildirib ki, park ərazisinə gələn turistlər hava şəraitinə görə ancaq bələdçi ilə getməlidirlər.
O da qeyd edilib ki, qarın intensivləşməsi səbəindən təhlükəli vəziyyət nəzərə alınaraq, bəzi marşrutlar üzrə hərəkətlər məhdudlaşdırılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.