• Bakı 16° C

    1.95 m/s

Azərbaycanda ata və oğlu avtomobil aldıqları gün qəzaya düşdülər – ATA ÖLDÜ

HADİSƏ

04 Sentyabr 2024 | 10:04

Azərbaycanda ata və oğlu avtomobil aldıqları gün qəzaya düşdülər – ATA ÖLDÜ

Avqustun 30-da Göygöl rayon Məhkəməsində Tovuz rayon Aşağı Quşçu kənd sakini 1996-cı il təvəllüdlü Müşfiq Həsənova hökm oxunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı gənc Cinayət Məcəlləsinin 263.2-ci, yəni yol hərəkəti qaydalarının pozulması – ölümlə nəticələndikdə maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə bu ili yanvarın 21-də baş verib. Tovuz rayon sakini olan Müşfiq Həsənov atası Həsən Həsənovla birgə həmin gün səhər avtomobil almaq üçün Tovuzdan Bakıya gəliblər. Onlar el arasında “Qazel” kimi adlanan “Qaz 33021” markalı yük maşını alaraq geri qayıdıblar. Lakin saat 19:40 radələrində ata və oğlun olduğu avtomobil Bakı-Qazax magistralında qəzaya düşüb və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə sükan arxasında olan Müşfiq xəsarət alıb, atası isə hadisə yerində ölüb.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxsin anası qəzada oğlu Müşfiqin günahkar olmadığını bildirib. O hadisə vaxtı “KamAZ”ın işıqları söpnülü vəziyyətdə yolun ortasında dayandığını deyib.

Göygöl rayon Məhkəməsi Müşfiqi qəzanın baş verməsində təqsirli bilib və ona hökm oxunub. O, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026