"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Oktyabrın 3-ü saat 19:12-də metronun "Ulduz" stansiyasında 20 yaşlı şəxsin (kişi cinsli) qatar yoluna düşməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - məlumatda deyilir.
*** 20:20
Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"ndən bildirilib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və
Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
Sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək.
20:11
"Ulduz" metrostansiyasında baş vermiş hadisə ilə bağlı növbəti məlumat edilib.
Belə ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, stansiyada intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.
Bildirilib ki, sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək.
Əli Hüseynov
***
19:44
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, saat 19:00 radələrində sərnişin stansiyanın yoluna düşüb.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub.
Faktla bağlı araşdırma aparılır.
Əli Hüseynov
19:16
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb./report