• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş İdarədən əməliyyat - 31 kq narkotik aşkarlandı

HADİSƏ

02 Noyabr 2024 | 11:27

Baş İdarədən əməliyyat - 31 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri - Cehun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026