• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Qubada narkotik əməliyyatı - saxlanılanlar var

HADİSƏ

02 Dekabr 2024 | 10:55

Qubada narkotik əməliyyatı - saxlanılanlar var

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 ədəd metadon həbi və 30 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

02 Noyabr 2025