• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda polkovnik HƏBS EDİLDİ - YENİLƏNİB

HADİSƏ

08 Iyun 2022 | 16:04

Azərbaycanda polkovnik HƏBS EDİLDİ - YENİLƏNİB

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Azad Abdullayevə verilən ittihamlar məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azad Abdullayevin həbs olunması ilə bağlı xəbəri ilk lent.az saytı yayıb.

*** 11:45

Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. 

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. 

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026