Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 7-də saat 16 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində rayon sakini T.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Sevda Abbasova hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.










jpg-1659789164.webp)





