• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU - YENİLƏNİB

CƏMİYYƏT

19 Yanvar 2024 | 23:04 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU - YENİLƏNİB

Azərbaycanda 5,0 bal gücündə zəlzələ olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran ,Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

 

22:47

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb. 
 
Bakıvaxtı.az
 xəbər verir ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub. 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

22:14

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib


Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR