• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycandakı aviasiya təlimindən görüntülər - VİDEO

GÜNDƏM

21 Iyun 2023 | 20:03 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycandakı aviasiya təlimindən görüntülər - VİDEO

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR