• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

 “Taxıl müqaviləsi”nin müddəti uzadıla bilər: Bu, daha çox kimə lazımdır?

GÜNDƏM

21 Iyul 2023 | 17:09 | Müəllif: Qalib İbrahimoğlu

“Taxıl müqaviləsi”nin müddəti uzadıla bilər: Bu, daha çox kimə lazımdır?

"Bir il əvvəl imzalanmış "taxıl müqaviləsi"nin müddəti Rusiyanın iddiasına görə, şərtlər ödənilmədiyi üçün bitmiş sayılır".

Bu barədə Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Analitik qeyd edib ki, indi əsas məsələ "taxıl sazişi"nin müddətinin uzadılıb-uzadılmayacağı, bərpasının mümkün olub-olmayacağı ilə bağlıdır:

"Məncə, "taxıl sazişi"nin müddəti uzadıla bilər. Çünki burada Ukrayna təkcə taxıl satırdısa, Rusiya həm taxılını, həm də öz gübrəsini bazara çıxarırdı. Rusiyanın sata bilməyəcəyi taxıl və gübrə onun əlində qalmış olacaq. Bu da xaricdən valyuta axınının qarşısını alır”.

S.Hümbətov qeyd edib ki, dünyaya taxılı ixrac edən ölkələrdən biri də Rusiyadır. Orta statistik bəzi rəqəmlərə görə, Rusiyanın hər il taxıl və gübrədən 25-30 milyard dollar qazancı olur:

“Əgər "taxıl sazişi"nin müddəti dayandırılarsa, Rusiya bu gəlirlərdən məhrum olur. Ukrayna üçün o qədər də fərqi yoxdur. Çünki Kiyev öz taxılını Qərb dövlətləri vasitəsi ilə Avropa bazarına da çıxara bilir. Ukrayna birbaşa taxıl satışını həyata keçirir ki, bunu başqa vasitələrlə də reallaşdırmaq imkanına sahibdir”.

Müsahibimizin sözlərinə görə, Türkiyə-Rusiya arasında bir neçə danışıq olub, lakin görünür, bəzi məqamlarla bağlı razılaşma əldə etmək mümkün olmayıb:

“Yaxın vaxtlarda tərəflər arasında razılaşmanın olacağı ehtimalı böyükdür. Avropa İttifaqı, BMT və Türkiyə ciddi dirəniş göstərərsə, Moskva bu qədər dirənişin qarşısında çox davam gətirə bilməz".

Məlum olduğu kimi, Rusiya iyulun 17-də "taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Moskva saziş çərçivəsində Rusiyanın tələblərinin icra olunmadığını, qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini iddia edib. Məlumat üçün deyək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “raxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Avropa İttifaqı (Aİ) Rusiyanı “taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb. Qeyd edilib ki, Rusiya ərzaqdan silah kimi istifadə edir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR