“Bəzi siyasi şərhçilər deyirlər ki, Ermənistanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında keçirilən sonuncu iclasından sonra müharibə başlayacaq. Müharibə olmayacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, münasibətlər əvvəlki kimi gərgindir və Ordunun mövqeləri atəşə tutulmağa davam edəcək.
“Rusiyanın Qarabağ erməniləri ilə bağlı təklifləri siyasi oyundur. Təkliflər mediaya sızdırılıb və müzakirə edilir.
Azərbaycan hökumətinin də bu məsələ ilə bağlı təklifləri var, amma hələ ki ictimaiyyətə açıqlanmayıb”, - deyə politoloq bildirib.
Ramid İbrahimov
















