• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Erməni əsilli Paris rəsmisindən Azərbaycana qarşı TƏXRİBAT

GÜNDƏM

17 Sentyabr 2023 | 09:48 | Müəllif: Subhan Mahmudov

Erməni əsilli Paris rəsmisindən Azərbaycana qarşı TƏXRİBAT

Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməni əsilli köməkçisi təxribat törədib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.

Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.

Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR