• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Paşinyan Azərbaycanın güc yolu ilə istədiyini etməsinə razıdır, çünki...”

GÜNDƏM

18 Avqust 2023 | 17:24 | Müəllif: Qalib İbrahimoğlu

“Paşinyan Azərbaycanın güc yolu ilə istədiyini etməsinə razıdır, çünki...”

"Ermənistanın vaxtı uzatmaq taktikası iflasa uğrayır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın sülhdən qaçmaq üçün vəziyyəti gərginləşdirmək yolu tutacağı məlum idi: "Ermənistan elə şərait yaratmağa çalışır ki, sülh müzakirələri mümkün olmasın. Təxribatların sonu müharibəyə getsə belə 44 günlük müharibədən də gördük ki, İrəvan üçün itkilərin fərqi yoxdur. Əslində Ermənistan və havadarları nə təxribat, nə də müharibənin onlara heç nə vəd etmədiyini, əksinə zərbə vuracağını yaxşı bilirlər. Amma sülh məsələsinin gündəmdən qalxması üçün buna məcburdurlar”.

A.Qasımova görə, məsələ ondadır ki, Nikol Paşinyan Azərbaycanla hansı şəraitdə sülh bağlasa, yenə də məğlub sayılacaq. Ona görə də erməni əsgərinin ölməsi hesabına da olsa, məğlub tərəf kimi sülhə imza atan dövlət başçısı olmaq istəmir: “Paşinyan Azərbaycanın güc yolu ilə istədiyini etməsinə razıdır, çünki erməni toplumuna deməyə sözü var ki, "biz zəiflik, Azərbaycan isə güclüdür, ona görə heç nə edə bilmirik". Lakin indiki şərtlərlə sülh müqaviləsi imzalamaq məsələsində erməni toplumuna deyə biləcəyi söz yoxdur".

Müsahibimiz hesab edir ki, indiki vəziyyətdə Paşinyana da proseslərin gərgin olması sərf edir: "Paşinyan erməni toplumunun istədiyi onlara verərək hakimiyyətdə rahat oturur. Sülh Ermənistan üçün "təhlükəli"dir. Hərbi toqquşma ehtimalı getdikcə artır. Azərbaycan Ermənistanın nazı ilə oynamaq niyyətində deyil”.

“Əgər Ermənistan məhv olmaq yolunu seçirsə, buna ancaq dəstək verə bilərik. Ermənistan əhalisinin gələcəyini fikirləşmək artıq Azərbaycanın planlarına daxil deyil. Bir müddət buna cəhd etdik, amma alınmadı", - deyə Azər Qasımov vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026