• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hərbi Prokurorluqdan Vaqif Xaçatryanla bağlı AÇIQLAMA

GÜNDƏM

18 Avqust 2023 | 16:22 | Müəllif: Subhan Mahmudov

Hərbi Prokurorluqdan Vaqif Xaçatryanla bağlı AÇIQLAMA

Azərbaycan ərazisində saxlanılan Vaqif Xaçatryan yaxın zamanda məhkəmə məsuliyyətinə cəlb ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Vaqif Xaçatryanın barəsindəki cinayət işinin ibtidai istintaqı aparılır, cinayət hadisəsinin hüquq qarşısında olan hissəsi qısa müddətdə yekunlaşdırılaraq məhkəmə məsuliyyətinə veriləcək.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026