• Bakı 14° C

    1.72 m/s

Sumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİB

HADİSƏ

29 Aprel 2022 | 08:53 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Bakıvaxtı.az-ın məlumatına görə, FHN-dən bildirilib ki, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

28 aprel, 19:52

FHN yanğınla bağlı görüntülər yayıb. 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

19:52

Sumqayıtda "Azərsun Sənaye Parkı"nın ərazisindəki yanğının söndürülməsinə helikopter cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, III dərəcəli yanğın təhlükəsi elan edilib.

Yanğının söndürülməsinə Sumqayıtla yanaşı, Bakıdan da yanğınsöndürənlər cəlb edilib.

***

19:36

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Sumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİBSumqayıtda yanğın söndürüldü - FOTO-VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026