• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Narkotik təsiri altında avtomobil idarə etdi

HADİSƏ

28 May 2022 | 10:36

Narkotik təsiri altında avtomobil idarə etdi

Mayın 27-də saat 1 radələrində Binəqədi rayonu Xocəsən yolunda "VAZ-2121" markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Lakin o, avtomobilə əyləşib hərəkətini davam etdirərək tabesizlik göstərmiş və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə və piyadalara təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil süni tıxac yaradılmaqla saxlanılıb.

Araşdırmalarla sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub. Onun əməllərində avtoxuliqanlıq hərəkətləri olduğu üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.


SON XƏBƏRLƏR

16 Aprel 2024