• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda tuneldə batan gənclər çörək paylayırmış...

CƏMİYYƏT

22 Oktyabr 2024 | 20:11 | Müəllif: Subhan Mahmudov

Bakıda tuneldə batan gənclər çörək paylayırmış...

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

Bakıvaxtı.az Tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026