• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Balasanyan polisə təslim oldu

DÜNYA

25 Oktyabr 2023 | 15:05

Balasanyan polisə təslim oldu

Oktyabrın 23-də Qarabağda qətllər törədən, separatçı rejimin "Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan Ermənistan Daxili İşlər Nazirliyinin mərkəzi polis idarəsinə təslim olub. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Balasanyan polisə 16 ədəd 9 mm çaplı güllə ilə dolu 2 patronu olan "Makarov" tipli odlu silah təqdim edib.

Hadisə ilə bağlı polisin mərkəzi şöbəsində sənədlər tərtib edilib, Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə istintaq idarəsinin Kentron və Nork-Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR