• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəzzada İndoneziya xəstəxanasına basqın

DÜNYA

24 Noyabr 2023 | 12:07

Qəzzada İndoneziya xəstəxanasına basqın

İsrail əsgərləri Qəzzada İndoneziya xəstəxanasına basqın edərək yaralı qadını öldürüb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Xəbər görə, İsrail ordusu intensiv bombardmanlardan sonra İndoneziya xəstəxanasına basqın edib.

Xəstəxananı mühasirəyə alan İsrail əsgərləri yaralı qadını öldürüb, ən azı 3 nəfəri yaralayıblar. Əsgərlər xəstəxanaya basqın zamanı 3 fələstinlini saxlayıb.

Tibb mənbələri İsrail əsgərlərinin İndoneziya xəstəxanasına hücumu və basqının Şifa xəstəxanasına edilən hücumdan daha dəhşətli və şiddətli, bunun açıq şəkildə müharibə cinayəti olduğunu bildirib.

Qəzza Səhiyyə Nazirliyi də verdiyi açıqlamada Qəzza zolağının şimalında yerləşən İndoneziya Xəstəxanasının İsrail ordusu tərəfindən "şiddətli bombardmana" məruz qaldığını, 200 yaralı olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının şimalındakı Cibaliye bölgəsində Hadir ailəsinin evini də bombalayıb, mülki müdafiə qrupları 10 fələstinlini dağıntılar altından çıxarıb. İsrail döyüş təyyarələri gecə boyu Qəzza zolağının müxtəlif hissələrini hədəfə almağa davam edərək onlarla insanın ölümünə və yaralanmasına səbəb olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026