• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Moskva aeroportlarında reyslər təxirə salındı - SƏBƏB

DÜNYA

24 Noyabr 2023 | 11:20

Moskva aeroportlarında reyslər təxirə salındı - SƏBƏB

Moskva aeroportlarında 50-yə yaxın reys təxirə salınıb və gecikmələrlə yerinə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti və noyabrın 23-dən başlayaraq fasiləsiz yağan qar olub.

Belə ki, Rusiya paytaxtının Vnukovo hava limanında 10 reys gecikmə ilə yerinə yetirilib, 4 reys təxirə salınıb, Domodedovo hava limanında müvafiq olaraq 14 və 5 reys, Şeremetyevo hava limanında 14 reys gecikmə ilə yerinə yetirilib, 1 reys isə təxirə salınıb.

Qeyd edək ki, ötən sutka ərzində Moskvaya aylıq normanın 40 faizi qədər yağıntı düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR