• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Baş nazirdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

CƏMİYYƏT

28 Fevral 2024 | 14:47

Baş nazirdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib. 

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi. 

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb. 

Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.


Baş nazirdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026