• Bakı 21° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bayram günlərində 221 yanğına çıxış olub

CƏMİYYƏT

01 Iyun 2026 | 09:23

Bayram günlərində 221 yanğına çıxış olub

Ötən həftə 221 yanğına çıxış olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 221 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 1-i azyaşlı olmaqla 21 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

31 May 2026