• Bakı 24° C

    5.8 m/s

Bayram münasibətilə aztəminatlı ailələrə yardım göstəriləcək

CƏMİYYƏT

30 Dekabr 2021 | 11:31

Bayram münasibətilə aztəminatlı ailələrə yardım göstəriləcək

“Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.

O qeyd edib ki, dövlət başçısının imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb. Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026