• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

SİYASƏT

19 May 2023 | 19:27

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

 

17:19

Hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında dialoq davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib. “Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik.

"Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək”, - Lavrov vurğulayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026