• Bakı 16° C

    2.64 m/s

“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi - VİDEO

DÜNYA

27 Oktyabr 2021 | 14:36 | Müəllif: Subhan Mahmudov

“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Bayraqdar" PUA-sından Donbasda zərbə endirildiyi xəbərini təsdiqləyib.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.

"Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə "Bayraqdar" PUA-sından döyüş məqsədilə istifadə edilib", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.

Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra "Bayraqdar" havaya qaldırılıb və haubitsa məhv edilib.

Qeyd edək ki, bundan öncə məlumat və videonu ukraynalı könüllüyə istinadla Ukraynanın Senzor.net saytının baş redaktoru Yuri Butusov yaymışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026