• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ukraynada hərbi vəziyyət elan oluna bilər

DÜNYA

26 Noyabr 2021 | 11:52

Ukraynada hərbi vəziyyət elan oluna bilər

“Genişmiqyaslı əməliyyatlar başlasa, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasından olan deputat Oleq Seminski deyib.

"Biz hamımız ümid edirik ki, bu baş verməyəcək, lakin panikaya düşməməli, ayıq başla hərəkət etməli və bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Əgər bu baş verərsə, biz dövlət olaraq sona qədər mübarizə aparmalıyıq”, - o bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının keçmiş deputatı, “Radikal” Partiyasının lideri Oleq Lyaşko söyləyib ki, Prezident Vladimir Zelenski dekabrın 1-dən ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, indiyədək Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR