Myanmanın şərqindəki Karen ştatında yerləşən kəndin yaxınlığında uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış meyitinin qalıqları tapılıb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Myanmar NOW” nəşri “Karen Milli Birliyi” (KNU) silahlı etnik qrupunun nümayəndələri və yerli sakinlərə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, cəsədlər səkkiz avtomobildə tapılıb. KNU rəsmiləri insidenti cümə günü ərazidə olan Myanma hərbçilərinin üzərinə atıb.
Qeyd olunub ki, güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.
















