Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 156 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter"də paylaşım edib.
Nazir qeyd edib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 67 023 nəfər COVID-19 infeksiyasına yoluxub, 78 362 nəfər isə sağalıb.
















