• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlı biznesmenin evinə qumbara atıldı

DÜNYA

23 Fevral 2022 | 17:05

Azərbaycanlı biznesmenin evinə qumbara atıldı

Naməlum şəxslər Gürcüstanın Laqodexi rayonunun Kabali kəndində biznesmen Camal Niyazovun evinin həyətinə əl qumbarası atıblar.

Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Camal Niyazov əvəllər kənd administrasiyasının rəhbəri olub.

İnsident bu gün səhər saatlarında baş verib. Partlayış zamanı evdə C. Niyazovla həyat yoldaşı olub. Xəsarət alan olmayıb, evin divarlarına və pəncərələrinə zərər dəyib.

Hələlik insidenti törədən şəxsin kimliyi müəyyən edilməyib. Hazırda hadisə yerində istintaq tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.

Niyazov əvvəllər keçmiş hakim “Vahid Milli Hərəkat” partiyasının üzvü olub. Daha sonradan “Gürcüstan arzusu” partiyasının hakimiyyəti dövründə Kabali kəndinin administrasiyasının rəhbəri olub. O, hazırda dövlət qulluqçusu deyil və şəxsi biznesi var.

Onun oğlu Amil Niyazov isə Laqodexi bölgəsinin bələdiyyəsinin üzvü olub.

Qeyd edək ki, report-un məlumatına görə, Camal Niyazov azərbaycanlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026