Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.
Bakıvaxtı.az xəbər verir ki, spiker siyasətçinin vəziyyətinin həqiqətən ağır olduğunu deyib, ona sağalmağı arzulayıb.
"Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Vəziyyəti həqiqətən də ağırdır. Bu gün o, kompüter tomoqrafiyasından keçir. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır", - deyə V.Volodin bildirib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.
Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.
***
13:00
Rusiyalı siyasətçi, Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxınlığı ilə bilinən “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, siyasətçi bu gün səhər yerli vaxtla 10:45-də keçinib. O, son günlərini komada keçirib.
Ramid İbrahimov
















