ABŞ-ın Minnesota zooparkında “Putin” ləqəbli amur pələngi ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” və Minnesota zooparkı məlumat yayıb.
Qeyd olunur ki, 12 yaşlı pələng “Putin” adi tibbi prosedur zamanı ürək tutmasından dünyasını dəyişib. Pələng baytarların, heyvandarlıq mütəxəssislərinin və zoopark işçilərinin səylərinə baxmayaraq, ürək çatışmazlığından ölüb.

















