• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğan Zelenski və Putinlə danışacaq

DÜNYA

25 Mart 2022 | 15:08

Ərdoğan Zelenski və Putinlə danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə, həftə sonu isə rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırdığını bildirib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. 

“Bu gün Zelenski ilə telefon danışığım olacaq. Ola bilsin ki, bu həftənin sonunda və ya növbəti həftənin əvvəlində Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin  nəticələrini müzakirə edib dəyərləndirməliyik”, - deyə Ərdoğan qeyd edib. O bildirib ki, danışıqlar zamanı Putinə sülhə çağırışla bağlı müraciət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026