• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Gürcüstan hakimiyyətini TƏNQİD ETDİ: "Mövqeyini..."

DÜNYA

24 Aprel 2022 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski Gürcüstan hakimiyyətini TƏNQİD ETDİ: "Mövqeyini..."

"Mən Gürcüstan hökumətinin mövqeyini başa düşə bilmirəm və ona görə də bu məsələni belə ağrılı qəbul edirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı gürcü jurnalistinin sualına cavab olaraq bildirib.

Ukrayna Prezidenti Gürcüstan hökumətinin mövqeyinin başadüşülən olmadığını deyib:

"Onlar ölkə iqtisadiyyatını qorumaq istədikləri mesajını verirlər, sual olunur hansı iqtisadiyyatı? Ruslar Gürcüstan ərazisinin bir hissəsini artıq ələ keçiriblər, Tbilisiyədək gəliblər. 
 
Mən inanıram ki, gürcü xalqı Ukraynaya və Ukrayna xalqına ən yaxın xalqlardan biridir. Ukraynada birinci inqilabdan sonra biz onlardan böyük dəstək gördük. Sizin hökumət rəhbərlərinin indiki mövqeyini həqiqətən də başa düşə bilmirəm”
 
Səfirin geri qaytarılması sualına cavabında isə Zelenski deyib ki, Gürcüstan hökumətinin rəhbərləri tərəfindən Ukraynaya dəstəyi hiss edən kimi səfiri mütləq dost Gürcüstana qaytaracaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR