• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Meymunçiçəyinə qarşı peyvənd satışa buraxıldı

DÜNYA

24 May 2022 | 11:57

Meymunçiçəyinə qarşı peyvənd satışa buraxıldı

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), ölkədə meymunçiçəyinə qarşı istifadə ediləcək peyvəndi bazara çıxarmağa başladığını açıqlayıb.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, CDC-nin Yüksək Nəticəli Patogenlər və Patologiya Bölməsinin direktor müavini Cennifer MakQuiston mətbuata bildirib ki, iki dozalı “Jynneos” peyvəndi (həm meymunçiçəyi, həm də çiçək xəstəliyinin qarşısını almaq üçün lisenziyalı) satışa buraxılıb.

ABŞ-də yoluxma sayının artma ehtimalının olduğunu bildirən MakQuiston, "Bizim yaxşı peyvənd ehtiyatımız var" deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR