• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ÜST-dən yeni yayılan virusla bağlı AÇIQLAMA

DÜNYA

24 Aprel 2022 | 14:40

ÜST-dən yeni yayılan virusla bağlı AÇIQLAMA

İngiltərədə ortaya çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusuna yoluxan bir uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nın açıqlamasına görə, indiyə qədər 11 ölkədə aşkarlanan ən azı hər 169 nəfər yoluxan şəxsdən biri dünyasını dəyişib.

Qeyd edilib ki, hepatit yoluxmaları yüksək olmasa da, pis nəticələr verib.

Virusun aşkarlandığı uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabının olduğu və qaraciyər transplantasiyası ilə müalicə edildiyi açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026