"Ukraynada və onun ətrafında hazırkı vəziyyət nəzarət altındadır və panikaya səbəb yoxdur".
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vlolodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra "Rada" telekanalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu iclasın yekunu media məkanı üçün səs-küylü qərarlar deyil, cəmiyyət və vətəndaşlar üçün çox vacib nəticələr olub.
"Hər şey nəzarət altındadır, panikaya əsas yoxdur", - deyə Ukrayna Prezidenti vurğulayıb.
















