ABŞ prezidenti Cozef Bayden administrasiyasına "Şimal axını 2" qaz kəmərinin operatoru olan "Nord Stream 2 AG" və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyi tapşırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə C.Baydenin Ağ Ev tərəfindən yayımlanan yazılı bəyanatında deyilir.
"Bu gün mən öz administrasiyasıma göstəriş verdim ki, "Nord Stream 2 AG" və bu təşkilatın vəzifəlilərinə qarşı sanksiyalar tətbiq edilsin", - deyə bəyanatda bildirilir.
















