• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kor qadına mikroçip taxdılar

DÜNYA

25 Yanvar 2022 | 00:19 | Müəllif: Subhan Mahmudov

Kor qadına mikroçip taxdılar

Böyük Britaniyada 88 yaşlı qadın göz implantının köməyi ilə görmə qabiliyyətini bərpa edib.

Bakıvaxtı.az oxu.az-a istinadən bildirir ki, Londonun Dagenham qəsəbəsi sakini ölkədə göz çipi taxılan ilk xəstə olub. Coğrafi atrofiyadan əziyyət çəkən təqaüdçü sol gözünün görmə qabiliyyətini itirib. Prima Sisteminin köməyi ilə ona yenidən görmə imkanı verilib.

Britaniya və Fransa mühəndislərinin birgə ixtira etdiyi cihaz çip və xüsusi eynəkdən ibarətdir. İki millimetr ölçülü implant birbaşa xəstənin tor qişasının altına qoyulur və başına eynək taxılır. Çip şəkil çəkmək üçün kameradan istifadə edir və təsvirləri kompüterə ötürür.

Sonuncu isə görüntünü tor qişa hüceyrələri vasitəsilə beyinə qaytarır. Beyin siqnalı təbii görmə ilə eyni şəkildə qəbul edir.

Həkimlərin sözlərinə görə, bu əməliyyatın müvəffəqiyyəti və tədqiqat zamanı toplanan məlumatlar bir çox insanın görmə qabiliyyətini bərpa etməyə imkan verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026