• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Konqoda kafedə partlayış

DÜNYA

26 Dekabr 2021 | 00:52 | Müəllif: Subhan Mahmudov

Konqoda kafedə partlayış

Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətinin Beni şəhərində yerləşən restoranlardan birində boma partlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi şəhərin meri Narsis Mutebuya istinadən xəbər verir.

Onun sözlərinə görə, insanlar axşam saatlarında katolik Milad bayramını qeyd etmək üçün restoranda toplaşıblar və bu zaman partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Dağıntıların miqyası barədə məlumat verilmir.

Bildirilir ki, partlayışdan sonra şəhər hakimiyyəti sakinləri küçəyə çıxmamağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026