• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Omicron” ştamına görə 6 minədək təyyarə reysi ləğv edildi

DÜNYA

26 Dekabr 2021 | 00:00 | Müəllif: Subhan Mahmudov

“Omicron” ştamına görə 6 minədək təyyarə reysi ləğv edildi

“Omicron” ştamına yoluxmalar artdığı üçün aviasiya şirkətləri dünya üzrə həftə sonunda 6 minədək təyyarə reysini ləğv edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, dünya üzrə cümə günü 2400, şənbə günü isə 2500-dək reys ləğv olunub. Bazar günü təxminən 1000 reysin ləğv olunması gözlənilir. Bundan əlavə, 15 minədək reys gecikmə ilə yerinə yetirilib. Ən ciddi azalma ABŞ və Çinə olan uçuşlarda qeydə alınıb.

“Lufthansa”, “Delta” və daha bir neçə şirkət uçuş heyətinin yoluxmasına görə reyslərin sayını azaltmağa məcbur olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026