• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraildə yeni ştama yoluxma halı aşkarlandı

DÜNYA

26 Noyabr 2021 | 13:00

İsraildə yeni ştama yoluxma halı aşkarlandı

İsraildə koronavirusun yeni B.1.1.529 ştamına yoluxma faktı aşkar olunub.

Bakıvaxtı.az İsrailin Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni ştam Malavidən ölkəyə qayıdan İsrail vətəndaşında qeydə alınıb.

Bundan əlavə, xarici ölkədən İsrailə qayıdan daha iki nəfərin sözügedən ştam ilə yoluxduğu ehtimal edilir. Həmin şəxslər hazırda təcrid olunub və testin nəticələrini gözləyir.

Qeyd edək ki, İsrail yeddi Afrika ölkəsini yeni ştamın peyda olması ilə əlaqədar olaraq “qırmızı siyahı”ya salıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026