Bərdədə yük maşını piyadanı vurub. Hadisə Ağdam-Bərdə yolunun şəhərdən keçən hissəsində qeydə alınıb.
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, qəza, piyada, 1964-cü il təvəllüdlü Əliyev Natiq Xəlil oğlu yolu keçərkən baş verib. "Şaqman" markalı yük maşını tərəfindən vurulan yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qapalı kəllə-beyin travması alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.















