ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.
A.Blinken Kiyevə qatarla gedib.
Qeyd olunub ki, bu, Konqresin Ukraynaya hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksək rütbəli amerikalı məmurun ilk səfəridir.

















