• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

DÜNYA

12 Iyun 2024 | 23:08 | Müəllif: Subhan Mahmudov

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

Bakıvaxtı,az xəbər verir ki, bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.

Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

"Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır... Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, sabahdan mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar", - baş nazirin müavini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026