• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Ermənistan-ABŞ təlimlərinə Rusiyadan reaksiya

DÜNYA

12 Iyul 2024 | 18:40

Ermənistan-ABŞ təlimlərinə Rusiyadan reaksiya

Amerikalıların Cənubi Qafqazda peyda olması regionda münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 15-24 iyulda keçiriləcək Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib.

"Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır", - o vurğulayıb.

Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir: "Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib".


SON XƏBƏRLƏR

07 Avqust 2024