• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyə şəhid verdi

DÜNYA

12 Iyul 2024 | 20:36 | Müəllif: Subhan Mahmudov

Türkiyə şəhid verdi

İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində daha bir türk əsgəri şəhid olub, biri isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun baş çavuşu Bahadır Rıdvan Talay separatçı terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

"Daha bir hərbçimiz yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Həyatını itirən əziz şəhidimizə rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı, səbir, yaralımıza şəfa diləyirik", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026