• Bakı 8° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BMT-nin azərbaycanlı rəsmisindən XƏBƏRDARLIQ

SİYASƏT

17 Noyabr 2022 | 23:33 | Müəllif: Subhan Mahmudov

BMT-nin azərbaycanlı rəsmisindən XƏBƏRDARLIQ

2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq.

Bakıvatı.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.

"Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik", - əlaqələndirici bildirib.

Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub.

"Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır", - R.Ələkbərov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR